Doğuş zamanı ana ölümlərinin səbəbi nədir?

ÖLKƏ
23:34 / 18.03.2025
39

Gündəmdən düşməyən mövzulardan biri də ana və uşaq ölümüdür.

Zamanla bu hadisələr tez-tez yaşanır.

Bu günlərdə Bərdə rayonunda 28 yaşlı ana doğuş zamanı ölüb. 

Məlumata görə, 17 mart saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub. 37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Əslində qeysəriyyə əməliyyatı yolu ilə ana olmaq qadınlar tərəfindən daha təhlükəsiz hesab edilir. 

Normal doğuşdan qorxan qadınlar bu əməliyyatı arzulayır.

Amma qeysəriyyə əməliyyatı qadının arzuları ilə əlaqəli deyil, səhhətinə və sağlamlığına, daxildə olan dölün vəziyyətinə uyğun olaraq, seçilir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, doğuş növünü təyin etmək üçün ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri təsirli olur. Hərtərəfli araşdırma aparmadan normal doğum və ya qeysəriyyə ilə doğuşa qərarı vermək düzgün deyil: 

“Normal doğuş ana və körpənin sağlamlığını riskə atacaqsa, qeysəriyyə əməliyyatına üstünlük verilməlidir. Bütün gələcək anaların qeysəriyyə əməliyyatının mərhələlərini, tətbiq olunan anesteziyanın növünü və qeysəriyyə əməliyyatından sonra nə etməli olduqlarını bilmələri vacibdir. Qeysəriyyə əməliyyatı planlaşdırılırsa, ümumiyyətlə, hamiləliyin 39-cu həftəsində həyata keçirilməsinə üstünlük verilir. Doğum suyunun erkən açılması və körpənin inkişafında geriləmə kimi hallar varsa, qeysəriyyə əməliyyatının daha əvvəl aparılması lazım ola bilər. Bütün əməliyyatlarda risk var. Amma ana sağlamdırsa və ölərsə bu ciddi yoxlanılacaq faktdır. Həkimlər bu ölümü ciddi əsaslandırmalıdır”.

Sevinc

0