Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi

ÖLKƏ
16:32 / 27.03.2025
102

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.

 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

0