Sabirabad xəstəxanasında yeni doğulan körpə öldü

ÖLKƏ
14:00 / 30.03.2025
129

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə martın 28-də baş verib.

Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.

Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq gecikmə olduğu üçün doğum təbii yolla baş verib. Körpə həmin gün ölüb.

Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.

Uşağın atası Kamal Malıyev faktı Teleqraf-a təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib: "Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur".

0