Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Məmmədbağır Əliyev Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor Məmmədbağır Əliyev Rusiya Federasiyası dövlət mükafatı laureatıdır. O, Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti olub.
Məmmədbağır Əliyev 1955-ci ildə Rusiyanın Kurqan-Tübə şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif edib.