Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
MilliYol.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Rafael Qvaladze 14 iyul 1998-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Məhkəmə Hüquq Şurasının üzvüdür.
Rafael Qvaladzenin yanvarın 1-də 75 yaşı tamam olub. Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Qanunvericiliyə əsasən, o, səlahiyyətlərini bu ilin iyul ayının 1-dək icra edə bilər. Qanunvericiliyə əsasən, Rafael Qvaladze vəzifəsindən azad ediləcək.