"Hər gün bu barədə nə qədər çağırış edilsə də, vətəndaşlar yenə onların qurbanı olur"

ÖLKƏ
22:55 / 11.04.2025
122

Kiberdələduzluq günü gündən artır. Hər gün onlarla insan kiberdələduzluğun qurbanı olur.

Hüquqşünas Əkrəm Həsənov Hit.az-a deyib ki, bu gün vətəndaşlar öz məsuliyyətsizliyi ucbatından pullarını mənimsədir: 

"Kimsə vətəndaşlara zəng edir,bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər. Vətəndaş da düşünmədən kartının rekvizitlərini, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları o şəxsə verir. Hər kəs bilməlidir ki, bankın kart məlumatlarını istəməsi şübhəli haldır. Müştəridə öz-özlüyündə şübhə yaranırsa, həmin şəxs dəstəyi asmalı və bankla, adıçəkilən qurum və ya şəxslə özü əlaqə saxlamalıdır. Hər gün bu barədə nə qədər çağırış edilsə də vətəndaşlar yenə onların qurbanı olur".

Sevinc

0