Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovniki Rəcəbov Rəfail İslam oğlu tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Nazirin digər əmri ilə sözügedən vəzifəyə Elçin Səfərli Nadir oğlu gətirilib.

Fotoda Rəfail Rəcəbov