Bakıda iki rayonunda narkotiklərə bağlı əməliyyat keçirildi

ÖLKƏ
13:17 / 24.04.2025
53

Bakının Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən HİT.az-a verilən xəbərə görə, tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar.

Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0