Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

ÖLKƏ
09:39 / 28.04.2025
50

Bakıda ölümlə nəticələnən qəza baş verib.

 

HİT.az xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

 

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi "AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

 

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.

0