Vəliyev Elvin Elşad oğlu sabiq millət vəkili Elmira Axundova və oğu Həbib Axundov barəsində mətbuatda dərc etdirdiyi yazıları təkzib edib.
HİT.az onun açıqlamasını təkzib edir:
"Mən Vəliyev Elvin Elşad oğlu tərəfindən bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən "Yeni Müsavat" qəzetində Elmira Axundova və Həbib Axundov barəsində heç bir reallığı əks etdirməyən həqiqətə uyğun olmayan məlumatlar, materiallar 2015-ci ildən 2022-ci ilə qədər müxtəlif zamanlarda mütəmadi olaraq çap olunmuşdur. Qeyd olunan bütün həqiqətə uyğun olmayan məlumatları, o cümlədən "Gündəlik Bakı" qəzetində dərc edilmiş “Məmləkətin indiki durumunda harınlıq milli xəyanətə bərabərdir”, “Deputat Elmira Axundovanın oğlu tanınmış jurnalisətə hədə-qorxu gəldi, “Deputatın oğlu onlarla insanı piramidaya salıb”, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”, “Deputatın oğlu həbs edilə bilər”, “Deputatın oğlu ittihamlara cavab verdi” məqalələrində, “Jam.az” saytında yerləşdirilmiş “Deputat oğlunun dəbdəbəli həyat tərzi”, Azadlıq.info saytında yerləşdirilmiş “Deputat oğlunun dələduzluq xəbərinin yeni detalları”, bizimxeber.az saytında yerləşdirilmiş “Deputat oğlunun bahalı həyat tərzi ortaya çıxdı”, “Dia.az” saytında yerləşdirilmiş “Deputat oğlunun dələduzluq xəbərinin yeni detalları”, “Cümhuriyyət.az” saytında yerləşdirilmiş “Deputat oğlunun dələduzluq xəbərinin yeni detalları” başlıqlı məqalələrdə Axundova Elmira Hüseyn qızı və Axundov Həbib Ramiz oğlu barəsində qeyd edilən bütün ittihamları, məlumatları təkzib edirəm.
Qeyd edim ki, bu ittihamları və həqiqətə uyğun olmayan məlumatları Məmmədov Fərman Xeyrulla oğlunun təsiri və təzyiqi altında səsləndirmişəm. Məmmədov Fərman Xeyrulla oğlu uzun illərdir ki, Axundova Elmira və oğlu Həbib Axundovla əsassız düşmənçilik apardığı üçün məni və digər şəxsləri də bu düşmənçiliyə alət etmiş, aramıza nifaq salmışdır. Halbuki mən Elmira xanım və Həbib bəyi şəxsən tanımamışam, onlar barədə bütün yalan məlumatları Fərman Məmmədov mənə təqdim edib. Həbib Axundovun dələduz olduğunu bildirsə də onun barəsində hər hansı cinayət işi açılmamış və cinayət əməli törətməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamışdır. Həbib Axundov və Elmira Axundova barəsində yalan məlumatlar yaydığıma, onların nüfuzunu, şərəf və ləyaqətini ləkələyə biləcək ifadələr səsləndirdiyimə, illər ərzində onları bu tip xarakterli hüquqa zidd hərəkətlərlə narahat etdiyimə görə peşmanam, Həbib Axundov və Elmira Axundovadan üzr istəyirəm, məni bağışlamaqlarını diləyirəm. Biz hüquqi dövlətdə yaşayırıq və dərk edirəm ki, hər hansı vətəndaş, o cümlədən dövlət xadimi kimi ictimai nüfuz qazanmış şəxslər barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yaymaq , onları ağır cinayətdə ittiham etmək həm mənəvi, həm hüquqi baxımdan yolverilməzdir".