"Azərbaycan ərazisində olan sellər Xəzər dənizi üçün çox təsirli deyil. Kür çayından Xəzərə il ərzində təxminın 10 kub kilometr su gəlir. Bu da o deməkdir ki, Xəzərin su səviyyəsinin illik dəyişməsində Kür çayının rolu çox azdır".
Bunu BAKU.WS-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitunun Xəzər Dənizi şöbəsinin müdiri professor Əmir Əliyev deyib.
Onun sözlərinə görə, nə qədər yağış yağsa və sel gəlsə belə Xəzərin su səviyyəsi ciddi dərəcədə yüksəlməyəcək:
"Xəzərdə suyun səviyyəsi təqribən 1 santimetr qalxsa bu 15 kub kilometr su edir. Daşqınların əvvəlki illərə nisbətən çox artması iqlim dəyişmələri ilə əlaqədardır. Bundan başqa daşqınların su səviyyəsinin illik dəyişmələrinə ciddi təsiri yoxdur, aylıq göstəricilərə qismən təsir edə bilər".
"Statistikaya baxsaq görərik ki, 1930-cu illərdə də qlobal istiləşmə olub və həmin dövrdə də katastrafik təbiət hadisələrinin sayı çox olub", - deyə ekspert vurğulayıb.