Bakıda qiraətçi faciəvi şəkildə öldü - FOTO

ÖLKƏ
09:41 / 01.05.2025
54

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal rayonu Akim Abbasov küçəsində yaşayan Şəhruz Faiq oğlu Tapdıqov dəm qazından boğularaq ölüb. Belə ki, o, hamam otağında olarkən içəriyə dəm qazı sızıb. Nəticədə Ş.Tapdıqov vəfat edib.

Qeyd edək ki, Şəhruz Tapdıqov yutubda müxtəlif şairlərin şeirlərini səsləndirirmiş.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

0