İntiqam Babayevə yeni vəzifə verildi

ÖLKƏ
11:01 / 01.05.2025
50

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.

HİT.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini işləyib. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini olub. 2023-cü ilin aprelindən may ayındək isə sözügedən qoruğun Aparat rəhbəri vəzifələrini müvəqqəti icra edib.

0