Naxçıvanda yeni təyinatlar

ÖLKƏ
13:17 / 01.05.2025
48

Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində, Naxçıvan şəhər və Şahbuz rayon təhsil şöbələrində vakant vəzifələrin tutulması üçün keçirilən daxili və ümumi müsahibədə uğur qazanan namizədlər yeni vəzifələrə təyin olunublar.

HİT.az  xəbər verir ki, Təhminə Vilayət qızı Mustafayeva Naxçıvan şəhər, Elşən Fəxrəddin oğlu Babayev Şahbuz rayon təhsil şöbələrinə müdir, Hüseyn Qəhraman oğlu Qəhrəmanov Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunda sektor müdiri, Ramalə Camal qızı Niftiyeva və Eldar Binnət oğlu Nadirli isə Təhsil Nazirliyinin Aparatına aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar. 

Qeyd edək ki, müvafiq vəzifələrə təyin olunmamışdan əvvəl Təhminə Mustafayeva Naxçıvan şəhər təhsil şöbəsində müdir əvəzi, Elşən Babayev Ordubad rayon Təhsil Şöbəsində, Hüseyn Qəhrəmanov Şahbuz rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi, Ramalə Niftiyeva Təhsil Nazirliyi Aparatında məsləhətçi, Eldar Nadirli isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıblar.

0