Sosial şəbəkə istifadəçiləri həmin platformalar vasitəsilə öz sevincini, kədərini bölüşür.
Ancaq elə istifadəçilərdə var ki, onlar yalnız mənfi rəy bildirir, kin-küdürət bildirir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, internet, informasiya bolluğu əsrində eyni xalqa məxsus bir qrupun həddindən artıq varlı, çoxluğun kasıb yaşaması kasıb çoxluqda nifrət hissi yaradır:
“Günü-gündən artan qiymətlər və kütləvi işsizlik insanların aqresiyasını ortaya tökməsinə səbəb olur. Sosial şəbəkədə kimsə xoş gününü paylaşır, digəri isə çətinliyini. Kasıb təbəqə imkanlının palaşımlarını görüb, ona təhqiredici ifadələr işlədir. İşsiz və ya çalışıb normal gəlir əldə edə bilməyən adamın ailəsinin qarşısında duyduğu utanc hissindən, yenilən eqosundan doğulan aqressiyanı haradansa çıxarmağa bir vasitəsi olmadır. O vasitə bu cür hallarda ifadə olunan rəylərdir. Sosial şəbəkələr bir növ bəzi adamlar üçün həm də dərdini danışıb, içini boşaltdığı yerdir”.
Sevinc