Ət və ət məhsulları zülal və digər qida mənbəyidir və insan qidasında mühüm yer tutur.
Lakin onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Maraqlıdır, gün, həftə ərzində nə qədər ət istehlak edilməlidir?
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, insan həftədə 500-600 qram ət və ət məhsulları yeməsi normaldır:
“Ət qida rasionumuzun ayrılmaz qidasıdır. Qırmızı ətin tərkibində zülalla yanaşı orqanizm üçün faydalı vitamin, mineral və antioksidantlar var. Yaxşı olar ki, gündəlik 100 qram, həftədə isə 500 qramdan çox bişmiş qırmızı ət istehlak edilsin. Həddindən çox qırmızı ət qəbul etmək başda piylənmə (obezitə) olmaqla ürək-damar və şəkər xəstəliyi kimi bir sıra sağlamlıq problemlərinə də səbəb olur”.
Sevinc