Uşaqlara hansı nağılları öyrətməliyik?

ÖLKƏ
23:18 / 01.05.2025
42

Müəyyən yaş dövründə olan uşaqlar nağıl oxumağı, dinləməyi sevir.

Həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri həll etmək üçün nağılların uşaqlara çox faydası var. 

“Yaxşı nağıl” həqiqətən də, möcüzələr yarada bilər.Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirəcəyi mesajlarını verirlər.

Hit.az xəbər verir ki,nağıllar sayəsində uşaqlar, onlara qayğı göstərən şəxslərlə isti bir əlaqə içərisində, sənət və təhsil məzmunlu bir zaman keçirirlər və bu vəziyyət onların həm idrak, həm də ictimai-psixoloji inkişaflarına olduqca əhəmiyyətli təsir edir.

Uşaqlara oxunacaq nağıllar, yaşa uyğun seçilməlidir. Uzunluğu və məzmunu yaşa görə fərqli ola bilər.

Uşağın xəyal gücünü istifadə etmək imkanı verən nağıllar daha münasibdir.

Sevinc

0