Elxan Cəfərova vəzifə verildi

ÖLKƏ
18:22 / 01.05.2025
51

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə müşavir təyinatı olub.

HİT.az xəbər verir ki, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan "Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki "Proloq” studiyasının bədii rəhbəri olub.

Rejissor Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.

0