Ölkəmizdə populyar olan “Tik-tok”, “İnstagram” kimi sosial şəbəkə platformalarını hər gün milyonlarla vətəndaş ziyarət edir.
Sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi yanları da az deyil.
Xüsusən uşaqların psixoloji olaraq, həssas dövrləri sayılan yaşlarda belə platformalardan istifadə etməsi qətiyyən tövsiyyə edilmir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulmalıdır:
"Sosial şəbəkələrdən istifadə gözdə yorğunluq hissi yaradır. Xüsusilə, yeniyetmələrdə daxilə qapanma , utancaqlıq , sosiallaşa bilməmək, real həyatda yox sadəcə virtual aləmdə dostlar qazanmaq kimi hallar görülür. "Tik Tok" və digər sosial şəbəkələr yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinə qapalı olmalıdır.Hər bir uşaq öz uşaqlıq dövrünü yaşamalıdır. Uşaq uşaqlıq dövrünü telefonda yox, real həyatda əylənərək yaşamalıdır".
Sevinc