Ali təhsil müəssisələri rektor və prorektorlar tərəfindən idarə olunur. Universitetlərin prorektorları elmi, təlim-tədris, inzibati-təsərrüfat və s. kimi sahələrə rəhbərlik edirlər.
Teleqraf Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrində prorektor vəzifəsini icra edən şəxslərin sayını araşdırıb. Məlum olub ki, ali təhsil müəssisələrinin ən çox altı, ən az 1 prorektoru var.
Universitetlər üzrə prorektorların sayını təqdim edirik:
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 6
Azərbaycan Dövlət İqtisad Universiteti - 6
Bakı Slavyan Universiteti - 6
Bakı Mühəndislik Universiteti - 6
Odlar Yurdu Universiteti - 6
Azərbaycan İdman Akademiyası - 5
Azərbaycan Dövlət Neft Sənayesi Universiteti - 5
Azərbaycan Tibb Universiteti - 5
Azərbaycan Texniki Universitet - 5
Azərbaycan Dillər Universiteti - 5
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 5
Milli Aviasiya Akademiyası - 5
Naxçıvan Dövlət Universiteti - 5
"ADA" Universiteti - 4
Bakı Musiqi Akademiyası - 4
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti - 4
Azərbaycan Dövlət Aqrar Universiteti - 4
Gəncə Dövlət Universiteti - 4
Sumqayıt Dövlət Universiteti - 4
Ətraflı
Lənkəran Dövlət Universiteti - 4
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - 4
Qərbi Kaspi Universiteti - 4
Bakı Avrasya Universiteti - 4
Bakı Biznes Universiteti - 4
Azərbaycan Kooperasiya Universiteti - 4
Bakı Ali Neft Məktəbi - 3
Qarabağ Universiteti - 3
Dövlət İdarəçilik Akademiyası - 3
Naxçıvan Müəllimlər İnstitutu - 3
Azərbaycan Turizm və Menecment Universiteti - 3
Bakı Xoreoqrafiya Akademiyası - 3
Azərbaycan Universiteti - 3
Bakı Qızlar Universiteti - 3
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - 2
Azərbaycan Milli Konservatoriyası - 2
Azərbaycan İlahiyyat İnstitutu - 2
Xəzər Universiteti - 2
Azərbaycan Dövlət Dəniz Akademiyası - 1
Mingəçevir Dövlət Universiteti - 1