Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məşhur polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.
Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.
Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.