77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

ÖLKƏ
14:42 / 05.05.2025
66

15 yanvar 2018-ci il tarixdən 8 aprel 2024-cü il tarixədək Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Kürdəmir Melioservis İdarəsində rəis vəzifəsində işləmiş Talıb Məmmədova hökm oxunub. 

Qaynarinfo-nun məlumatınma görə, 1948-ci ildə Kürdəmir rayonu, Axtaçı kəndində anadan olmuş Talıb Sırac oğlu Məmmədovun Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyinin göstərişi ilə Kürdəmir Melioservis İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb. 

Belə ki, 77 sabiq rəis rəhbəri olduğu qurumda qulluq mövqeyindən istifadə edərək "R-15 təsərrüfatlar arası beton kanalı" üzrə görülmüş əsaslı təmir işləri üzrə 18601,20 manat, Şilyan-Qarasu ərazisində "OB 1 nov kanalın" üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30201,51 manat və "Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin" əsaslı təmir işləri üzrə 14533,02 manat məbləğində artıq xərc hesablayıb. Həmin vəsaiti aktların doğruluğu sənədinə öz imzası ilə təsdiq edərək mənimsəmə və israf etmə yolu ilə talayıb. 

Məhkəmənin qərarı ilə Talıb Məmmədov barəsində iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, iki il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 
 

0