Nazir polkovniki rəis təyin etdi

ÖLKƏ
12:21 / 06.05.2025
117

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına yeni rəis təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə polkovnik-leytenant Tural Süleymanov təyin olunub. 

Qeyd edək ki, polkovnik Mübariz Aydınov 2021-ci ilin aprel ayından 2024-cü ilin may ayınadək sözügedən laboratoriyanın rəisi olub. Həmin tarixdən sonra labaratoriyaya rəis əvəzi polkovnik-leytenant Mədətov Zaur Əli oğlu rəhbərlik edib. 


 

0