Bakıda dəhşət: Arvadını it zəncirində saxlayır, üstünə qaynar su tökürmüş...

ÖLKƏ
17:13 / 11.05.2020
1509

"Bakıda kişi həyat yoldaşını itin zəncirinə bağlayıb”.

Bu barədə Qaynarinfo-ya "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, qadın gecəni səhərə kimi itin zəncirində bağlı qalıb:

"Qadın mayın 6-da sığınacağa gətirilib. İki uşaq anasıdır, həyat yoldaşı ilə rəsmi nikahı var. Ailə valideyinlərin istəyi əsasında qurulub. Həyat yoldaşı heç yerdə işləmir, 4 dəfə həbs yatıb. Qadına, uşaqlarına olmazın işgəncələr verib. Qadının evdən çıxmağa ixtiyarı belə olmayıb. Həyətlərində it olub. Kişi iti açıb buraxıb. Sonra iki uşaq anasını itin zəncirinə bağlayıb. Qadın gecəni səhərə kimi itin zəncirinə bağlı qalıb. Əllərini-qollarını iplə bağlayıb döyürmüş. Üstünə isti su töküb yandırıb. Dəhşətli işgəncələr verirmiş”.

Mehriban Zeynalova bildirib ki, qadının bircə məqsədi var - o da həyat yoldaşından ayrılmaq:

"Deyir, "heç nə istəmirəm. Nə aliment, nə ev… Bircə qanunla ayrılım, bu işgəncələrdən canım qurtarsın”. Hazırda cinayət işi açılıb, araşdırma gedir”.

1