Sosial şəbəkədə falçı biznesi

ÖLKƏ
21:17 / 12.05.2025
49

Sosial şəbəkələrdə bütün peşə və sənət sahiblərinin fəaliyyətini yaxından izləmək mümkündür.

Bu gün istənilən sahənin adamını Facebook, İnstaqram, TİKTOK və digər sosial şəbəkələrdə görə bilirik. 

Sosial şəbəkələrdə geniş meydan açan və burada müxtəlif qorxulu rituallar, ayinlər həyata keçirən cadugərlər, falçılar da kifayət qədər aktivdilər.

Bu platformada cadugərlər, ekstrasenslər, falçılar müxtəlif səhifə və qruplar yaradaraq öz əməllərini icra edirlər.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, sosial şəbəkələrdə cadugər və falçıların aktivləşməsi olduqca mənfi tendensiyadır:

“XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qadınların, qızların xeyli bir qismi cadugərə, falçıya, ekstrasensə inanır. Bu da cadugərlərin qol-qanad açmasına, öz fəaliyyətlərini daha da geniş qurmasına imkan verir. Əvvəllər bir falçının, cadugərin yanına getmək üçün qadınlar “əziyyət” çəkirdilər, indi isə sosial şəbəkələr vasitəsilə onlar qadınların evlərinə, həyatlarına daxil olublar.Qadınlar psixoloqlardan qaçıb falçılara, cadugərlərə “sığınır”lar. Problemi olan qadınlar falçıya, cadugərə yox, psixoloqa, mütəxəssisə müraciət etsə daha yaxşı olar”.

Sevinc
 

0