Gənclər niyə influencer olmaq istəyir?

ÖLKƏ
23:34 / 13.05.2025
43

Son zamanlar gənclər arasında influencer xəstəliyi yayılıb.

Əksər gənclər gündəlik həyatda nə etdiklərinin ictimaiyyələşdirir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu günki gənclər məşhurlaşmaq, özünü tanıtmaq  istəyir:

“Bunun üçün demək olar ki, hər gün sosial şəbəkənin story bölməsində harda, nə yedikləri, geyimləri, hara getdiklərini paylaşırlar. Özəl bir şey demək olar ki, qalmayıb. Şəxsən tanımadığı insanlar həmin influencer haqqında bütün məlumatlara sahibdir. Bu insanları təhsil, özünü inkişaf etdirmək deyil, daha çox tanınmaq istəyi maraqlandırır. Bu gün TikTok və ya İnstagramda o qədər gənc xanımlar var ki, ancaq yemək yeməyi paylaşır və özünü də məşhur influencer sayır. Bu cür şəxslər ictimaiyyətə heç bir normal məlumat ötürmür,tək dərdləri like toplamaqdır. Bu da bir xəstəlikdir”.

Sevinc
 

0