Tibb bacıları nə qədər maaş alır? - RƏSMİ CAVAB

ÖLKƏ
16:10 / 15.05.2025
96

2024-cü ildə Azərbaycanda 39 532 tibb bacısı olub. Bu say 2023-cü illə müqayisədə 1053 nəfər daha çoxdur. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. 

Modern.az tibb bacılarının nə qədər maaş aldığını öyrənmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumatda deyilir ki, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır.

Qeyd edilib ki, qaydaya əsasən orta və kiçik tibb heyətinin əməkhaqlarına aşağıdakılar daxildir:

 

- tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;

- aylıq sabit həvəsləndirici əlavə;

- əmək şəraitinə görə ödənilən əlavələr;

- qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

İcbari tibbi sığortadan əvvəl orta və kiçik tibb heyətinin median əməkhaqqı 320 və 270 manat idisə, hazırda qaydaya əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan orta və kiçik tibb heyətinin əməkhaqqısı müvafiq olaraq 601 və 467 manat təşkil edir.

0