Aqil Quliyev AzTV-nin kadrlar və xüsusi işlər Departamentinin rəhbəri təyin olunub.
Bu barədə KONKRET.az-a məlumat daxil olub.
Məlumata görə, Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və “Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.
Həmçinin AMEA-nın Hüquq və İnsan haqları institutu publik hüquqi şəxsin direktor köməkçisi işləyib.
AzTV-nin mətbuat xidmətindən bildirilib ki, onlarda belə bir təyinatla bağlı məlumat yoxdur: "Bizə belə bir informasiya verilməyib".
Qeyd edək ki, AzTV-nin rəhbəri Rövşən Məmmədovdur.