“TikTok” vasitəsilə dələduzluq edən şəxs tutuldu

ÖLKƏ
14:00 / 16.05.2025
58

İsmayıllıda sosial şəbəkələrdə dələduzluq edən şəxs tutulub.

HİT.az xəbər verir ki, İsmayıllı RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də bu kimi əməllərə görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.

Onun “TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0