Əvvəllər soyuq silahla cinayət edirdilər, bu gün...

ÖLKƏ
22:14 / 16.05.2025
61

Gəncədə həmyaşıdları tərəfindən qətlə yetirilən Elgün İbrahimovun faciəsi ölkədə geniş səs-küyə səbəb olub. 

Sosial şəbəkələrdə “Elgün üçün ədalət” şüarı ilə kampaniyalar başladılıb və ictimaiyyət hadisənin ədalətli araşdırılmasını tələb edir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, Elgünün başına gələn hadisə yerinə insanlığa sığmır: 

"Cinayətkarlar cəzasız qalmayacaq, qanun qarşısında cavab verəcəklər. Bunu normal düşüncəli insan edə bilməz. Bir uşağın bu qədər vəhşicəsinə döyülməsi yolverilməzdir. Məncə, bu onların ilk belə hərəkəti deyil. Araşdırılsa, həmin şəxsin daha əvvəl dəfələrlə şiddət göstərdiyi məlum olacaq. Son zamanlar cəmiyyətdə elə hadisələr baş verir ki, əvvəllər təəccübləndiyimiz hadisəyə indi şükür edirik. İnsanlar sanki qəddarlığın, cinayətkarlığın mərhələlərini keçirlər. Əvvəllər soyuq silahla cinayət edirdilər, bu gün döyərək insanın ölümünə səbəb olurlar" .

Sevinc

0