Ərdoğan Azərbaycanın diaspor təşkilatının rəhbərinə vəzifə verdi

ÖLKƏ
15:31 / 17.05.2025
49

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib.

Hit.az xəbər verir ki, bu barədə Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib.

1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub.

2023-cü ildən adıçəkilən fakültənin dekanı vəzifəsində çalışıb.

İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.

0