Havalar isinən kimi yaz günəşi gözlərimizi qamaşdırır.
Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb.
Həm ticarət obyektlərində, həm səyyar şəkildə necə gəldi satılan gün eynəklərinin gözlərimizin mühafizəsinə yararlı olub-olmaması isə sual altındadır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında qeyd edib ki, istehsalda və satışda ucuz, keyfiyyətsiz eynəklərin artmasının onlara tələbatın çox olmasından irəli gəlir:
"Keyfiyyəti istehlakçılar özləri tənzimləməlidir. Azad bazar fəaliyyətinin göstəricisi olaraq , bu tip keyfiyyətsiz mal satışlarının artmasına ciddi nəzarət olunmur. Alıcılar əsasən ucuz və görünüşcə fərqlənən eynəklərə üstünlük verdiyinə görə onların istehsalı da artır. Tədricən bu proses daha da genişlənir və keyfiyyət aşağı düşür. Bu halın aradan qaldırılması üçün insanlar keyfiyyətli eynəkləri daha çox almağa çalışsa, keyfiyyətsiz eynəklərin satışları azalar və qiymətin tənzimlənməsinə də nail olarıq”.
Sevinc