Məktəblərdə Son zəng tədbirlərinə "hazırlıqlar" davam edir.
HİT.az-ın məlumatına görə, rəsmi qurumların xəbərdarlıqlarına baxmayaraq, bir sıra məktəblər mərasimi yenə də "ənənəvi" qaydada keçirməyi planlaşdırırlar. Bu məktəblərdən biri də Bakı şəhəri 158 nömrəli tam orta məktəbdir.
Əldə etdiyimiz məlumata görə, artıq məktəb Son zəngin "bədii hissəsi"ni keçirmək üçün paytaxtdakı "Karvan" restoranı ilə razılaşıb. Bunun üçün şagirdlərdən böyük miqdarda vəsait toplanılmasına başlanılıb.
Xatırladaq ki, məktəbin keçmiş direktoru Mehriban Ələkbərova bir müddət əvvəl fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Samir