Xərçəng təhsilinə əngəl olmadı - Sadiqdən yüksək nəticə

ÖLKƏ
10:35 / 31.05.2025
123

Xəbər verdiyimiz kimi, 20 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

“Qafqazinfo”nun məlumatına görə, uğurlu nəticə əldə edənlərdən biri də Rəcəbli Sadiqdir.

Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.

Nəticədə o, bu gün elan edilən nəticələrə görə mümkün 300 baldan 254 bal toplayıb.

Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyası başladılmış, yığılan 5 min manatdan çox məbləğ ailəsinə təqdim olunmuşdu.

0