Magistratura üzrə keçid balları artacaq? - DİM sədri açıqladı

ÖLKƏ
12:02 / 31.05.2025
123

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın hər iki cəhdin nəticələri tam şəkildə (esse nəticələri ilə birlikdə) elan olunub.

Ekspertlər qeyd edir ki, bu il keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi birinci ilə müqayisədə daha asan olub. İştirakçıların nəticələri yüksək qiymətləndirilib.

Bu halda magistratura üzrə ixtisaslara keçid balların artacağı da düşünülür.

Mövzu ilə bağlı DİM sədri Məleykə Abbaszadə vurğulayıb ki, keçən illə bu il balların paylanması diaqramına baxdıqda nəticələrin təxminən eyni səviyyədə olduğunu gördük.

"Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaqdır. Çünki nazirlər kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir. Amma mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq", deyə Asan TV-ə açıqlamasında DİM sədri bildirib.//Modern.az 

0