Oğuzun Xaçmaz kəndində bəylə gəlin qəzaya düşüb.
HİT.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.
Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar.
Hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.