Məktəblərdə bufet və dərnəklər bağlanır?

ÖLKƏ
20:59 / 04.06.2025
72

Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı gündəmə gəlib.

Məlumatda orta məktəblərdə fəaliyyət göstərən dərnəklərin, yeməkxanaların bağlanacağı bildirilir. 

Orta məktəblərdə dərnək və yeməkxanaların bağlanması aztəminatlı ailələrin uşaqları üçün hansı mənfi nəticələr yarada bilər?

Orta məktəblərdə dərnək və yeməkxanaların bağlanması nə dərəcədə doğrudur?
Və bunun təhsilə təsiri necə təsiri necə olacaq?

Təhsil eksperti Elşən Qafarov Hit.az-a şərhində bildirib ki, Nazirlər Kabinetinin 218 saylı qərarına əsasən təhsil müəssisələrində iaşə obyektlərinin təşkili qaydaları müəyyən olunub:

“Bizim məktəblərdə iaşə xidmətlərini həyata keçirənlər fiziki və hüquqi şəxslərlə müqavilə bağlaya bilmir, bunu təhsilin yerli idarəetmə orqanları edir. Ancaq məktəblərimizdə bufetlər fəaliyyət göstərir, internat tipli məktəblərdə isə yeməkxanalar olur. İnternat tipli məktəblərdə yeməkxanaların bağlanması mümkünsüzdür, çünki orda sutkalıq iaşə fəaliyyəti göstərilir. Məktəblərdə də bufetlərin real görsənmir, ancaq bu gün təhsildə baş verənlər o qədər absurddur ki, hər şey ola bilər, ancaq qanunvericilik baxımından mümkün deyil. Qanunvericiliyə görə hər bir təhsil müəssisəsində buffet, iaşə müəssisəsi olmalıdır”.

Dərnəklərin bağlanmasına gəlincə, həmsöhbətimiz bildirib ki, bu Nazirlər Kabinetinin 59 nömrəli qərarı ilə tənzimlənir:

“Dərnəklər ləğv edilə bilməz, çünki bu ümümtəhsil təhsil proqramının bir hissəsidir.  Dərnəklər şagirdlərin meyl və maraqlarına görə təşkil olunur”.

Sevinc

0