Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib

ÖLKƏ
12:35 / 06.06.2025
74

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.

Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.

0