DSMF sədrinə yeni müşavir təyin olundu

ÖLKƏ
09:53 / 12.06.2025
72

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

HİT.az "Banker.az”a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

R.Didavari 2022-2023-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.

Qeyd edək ki, ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

0