"TikTok"da ucuz telefon satışı adı altında dələduzluq edən şəxs saxlanıldı

ÖLKƏ
11:36 / 12.06.2025
70

Sosial şəbəkələr vasitəsilə ucuz telefonlar satmaq istəyən şəxs saxlanılıb.

HİT.az-ın verdiyi xəbərə görə, "TikTok" sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

M.Abbasovun analoji əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

0