Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib.
HİT.Az-ın xəbərinə görə, “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir”.