Ötən gecə Azərbaycanda zəlzələ olub (RƏSMİ)

10:29 / 04.05.2020
2258

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Hit.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

14