Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib.
HİT.az xəbər verir ki, bu barədə Assosiasiya məlumat paylaşıb.
Qeyd edək ki, Ülviyyə Zülfiqar 2022-ci ildən Qərbi Azərbaycan İcmasının mətbuat katibi, 2024-cü ildən 2025-ci ilin iyunununadək isə İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri vəzifəsində işləyib.