Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayında yenidən artım baş verib.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə məhkəmələr 10 nəfərə ömürlük azadlqdan məhrumetmə cəzası kəsib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə belə məhkumların sayı 5, 2022-ci ildə 3 nəfər olub.
Qeyd edək ki, ömürlük məhkumlar Qobustandakı cəzaçəkmə müəssisəsində saxlanılırlar.