İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi

ÖLKƏ
16:04 / 24.06.2025
126

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 10 ildən çoxdur icra başçısının müavini vəzifəsində işləyirdi.

0