Yardımlıda 9200 ədəd xaşxaş kolu məhv edilib.
HİT,az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.