Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq

ÖLKƏ
18:28 / 27.06.2025
48

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə Report-a aktyorun bacısı, Əməkdar artist Dilarə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

0