Masallı rayonunda maraqlı hadisə baş verib.
HİT.az Oxu.Az-a istinadən xəbər verir ki, Talış dağlarının ətəyində, Sığəçola adlı ərazidə yerləşən çay plantasiyalarının yaxınlıqda yerləşən naməlum bir məzarın kimə aid olması aydınlaşıb.
Belə ki, aparılan araşdırmalar nəticəsində məzarın Bağıroba kənd sakini, Əlişan Gülməmməd oğlu Babayeva aid olduğu məlum olub.
Məlumata görə, hazırda onun yaxın qohumları Almaniyada yaşayır. Onlar babalarının məzar yerindən xəbərsiz olublar. Bu hadisədən sonra məzar bərpa olunub, ətrafı abadlaşdırılıb və baş daşı qoyulub.
Qeyd edək ki, Əlişan Gülməmməd oğlu Babayev 1947-ci ildə, 46 yaşında aclıqdan dünyasını dəyişib, dağlıq ərazidə və çətin şəraitdə olduğu üçün orada dəfn olunub. Onun məzarı illərdir unudulmuş, ailəsi ilə əlaqə itmiş vəziyyətdə olub.