Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
“Report”un əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən “təyinat xəbərini təsdiqləyiblər: "Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb".
Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəz edib. O bundan öncə nazirliyin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
Akif Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyinatı alıb.