Xəbər verdiyimiz kimi, bu gün Ağstafada 2003-cü il təvəllüdlü Ş.İsmayılova yaşadığı evin pəncərəsini təmizləyən zaman ehtiyyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, bu hadisədən əvvəl İsmayılovlar ailəsinin 4 üzvü də ölüb. Diqqət çəkən məqam ondadır ki, ailənin bütün üzvlərin ayın 8-i tarixində vəfat ediblər.
Belə ki, 2024-cü ilin avqust ayının 8-də İsmayılovlar ailəsinin övladı 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.
Ötən ayın 8-də isə ailənin azyaşlı övladı - 2024-cü il təvəllüdlü N.İsmayılova qəfil ölüb.